“Qarabağ” afrikalı futbolçuya görə başsağlığı verdi - Foto

qarabag-afrikali-futbolcuya-gore-bassagligi-verdi
Oxunma sayı: 635

Çinin ikinci liqasında çıxış edən "Pekin Enterprises"ın 30 yaşlı yarımmüdafiəçisi Şeyk İsmael Tiote dünən məşqdə ürək tutması nəticəsində dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, Tiote komandasının məşqi zamanı anidən yerə yıxılıb və həyata gözlərini yumub.

Kot-d-İvuar yığmasında 55 oyun keçirən futbolçu karyerası ərzində "Anderlext", "Roda", "Tvente" və "Nyukasl" klublarında çıxış edib.
 
Futbolçunun vəfatı ilə əlaqədər "Qarabağ" klubu başsağlığı verib.
 
Tiote 2009/2010-cü illər mövsümündə Avropa Liqasının pley-off mərhələsində “Tvente”nin heyətində Ağdamın “Qarabağ” klubuna qarşı hər iki oyunda meydanda olmuşdu. Tiote həmçinin "Tvente"də Vaqif Cavadovla komanda yoldaşı olub. O, daha sonra İngiltərənin "Nyukasl" klubuna transfer olmuşdu.