“Qarabağ” albaniyalı hücumçunun transferini açıqladı

“Qarabağ” albaniyalı hücumçunun transferini açıqladı
Oxunma sayı: 2187

“Qarabağ” Albaniya millisinin futbolçusu Redon Cicanın transferini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Ağdam klubunun sosial şəbəkə hesabında video paylaşılıb.

Son olaraq ölkəsinin “Tirana” komandasında çıxış edən 25 yaşlı forvardla 3,5 illik müqavilə imzalanıb.