“Qarabağ” Antalyada heç-heçə etdi

qarabag-antalyada-hec-hece-etdi
Oxunma sayı: 1254

"Qarabağ" Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında sonuncu yoxlama oyununu keçirib.

"Qafqazinfo" xəbər verir ki, ağdamlılar Polşanın "Visla" (Krakov) komandası ilə qarşılaşıb.

Görüşdə qapılara qol vurulmayıb. 53-cü dəqiqədə qapıçı Emil Balayev rəqibin penalti zərbəsini dəf edib.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda günün ilk yarısında Çexiyanın "Bohemians" kollektivi ilə üz-üzə gəlməli olsa da, qarşılaşma qara görə ləğv olunub.

Qeyd edək ki, "Qarabağ" Antalyadakı ilk matçında Rumıniyanın "Qaz Metan" klubu ilə qolsuz heç-heçə edib. Ağdam təmsilçisi ikinci sınağında Serbiyanın "Baçka Topola" klubuna 0:1, üçüncü görüşündə Polşa "Şlyonsk"una 2:3 hesabı ilə uduzub.

Həmçinin oxuyun: Meydançanı qardan Qurban Qurbanovla futbolçular təmizlədi - Fotolar