“Qarabağ” Antalyadan birbaşa Gəncəyə getdi

qarabag-antalyadan-birbasa-genceye-getdi
Oxunma sayı: 2550

Son Azərbaycan çempionu “Qarabağ” Antalyada təlim-məşq toplanışını başa vurub.

“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisi Antalyadan birbaşa reyslə Gəncəyə yolda düşüb.

Buna səbəb komandanın 2 gün sonra Azərbaycan Premyer Liqasının 19-cu turunda Tovuzda “Turan Tovuz”la matçının olmasıdır.

Qeyd edək ki,  yanvarın 25-i keçiriləcək “Turan – Tovuz” – “Qarabağ” qarşılaması saat 14:00-da başlayacaq.