“Qarabağ” Antalyaya getdi

qarabag-antalyaya-getdi
Oxunma sayı: 1833

“Qarabağ” mövsümün ikinci yarısının hazırlığı üçün Türkiyəyə uçub.

“Qafqazinfo” klubun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu gün Antalyaya yollanıb.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Türkiyədə 3 yoxlama görüşünə çıxacaq.

“Qarabağ" yanvarın 13-ü “Rakuv” (Polşa), yanvarın 18-i isə “Çukariçki” (Serbiya) və “Poqon” (Polşa) klubları ilə qarşılaşacaq.

Təlim-məşq toplanışı yanvarın 23-dək davam edəcək.