“Qarabağ” APOEL-ə uduzarsa...

qarabag-apoel-e-uduzarsa
Oxunma sayı: 2812

Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşacaq “Qarabağ” (Ağdam, Azərbaycan) - APOEL (Kipr) cütünün məğlub tərəfi Avropa Liqasının pley-off mərhələsində çıxış edəcək. 

“Qafqazinfo” xəbər verir ki, məğlub olacaq komanda Avropa Liqasının pley-off mərhələsində “Sutyeska” (Çernoqoriya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
 
Avropa Liqasında pley-off mərhələsinin oyunları avqustun 22-si və 29-u keçiriləcək.