“Qarabağ” ardıcıl ikinci oyunda xal itiridi

qarabag-ardicil-ikinci-oyunda-xal-itiridi
Oxunma sayı: 1127

Bu gün Topaz Premyer Liqada 21-ci tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, lider “Qarabağ” öz meydanında “Keşlə”ni qəbul edib. Gərgin keçən qarşılaşma 1-1 hesabı ilə yekunlaşıb. Nəticədə Ağdam təmsilçisi ardıcıl ikinci oyunda da xal itirib.

Qeyd edək ki, milliyə görə yaranmış fasilədən öncə “Qarabağ” “Neftçi” ilə 0:0 oynamışdı.

“Qarabağ” – “Keşlə” - 1:1

Qollar: Slavik Alxasov, 34 (0:1), Riçard Almeyda, 57 (1:1)

Qırmızı vərəqə: Coşqun Diniyev - 60-cı dəq. ("Qarabağ"), Meza Kolli, 60-cı dəq. ("Keşlə)

Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Elvin Əsgərov

“Azərsun Arena”