Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Kopenhagen”in futbolçusu Peter Ankersen açıqlama verib. “Qafqazinfo” xəbər verir ki, 3 il öncə analoji turnirdə "Qarabağ"a qarşı çıxış etmiş futbolçu rəqibi analiz edib.
O, Bakıda çətin olacağını bildirib: “Qarabağ”a qarşı ikinci dəfə oynayacağam. Üç il öncə “Salzburq”un heyətində onlarla qarşılaşmışdıq. Bakıda 1:2 hesabı ilə uduzduq. 80 dəqiqə yaxşı oynamışdıq. Onların heyətində bizi məyus edə biləcək futbolçular var. Əgər 100 faiz gücümüzü göstərə bilsək, qalib gələcəyik. Onlar kiçik Asiya tipli komandaya bənzəyirlər. Doğma meydanda azarkeşləri əla atmosfer yaradır. Amma kənarda eıə deyil.
İkinci oyunun Danimarkada olması kiçik avantajımızdır. İlk görüşdə həmişə komandalar bir-birini kəşf edir. Ona görə də səfər oyunu bizim üçün əhəmiyyətlidir. Ən azı 1 qol vura bilərik".
Son xəbərlər
Son Xəbərlər