Azərbaycanda ilk dəfə olaraq Qobustan Heyvandarlıq Nümayiş Kompleksində Qarabağ cins atlarının auksion vasitəsi ilə satışı həyata keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, aprelin 15-də keçiriləcək auksionda həm yerli həm də xarici təsərrüfat sahibləri, sahibkarlar, fermerlər iştirak edə bilərlər.
Hərraca yüksək potensiala malik xüsusi seçilmiş atlar çıxarılacaq və satış auksion formatına uyğun olaraq həyata keçiriləcək. Auksion dövründə iştirakçılara Qarabağ atları haqqında canlı və interaktiv məlumatlar veriləcək. Atların satış qiyməti və son hərracı qiymətinə uyğun rəsmiləşdiriləcək və sığorta şirkəti tərəfindən sığortalanacaq.
Hazırda 6 baş at Qobustan Heyvandarlıq Nümayiş Kompleksində satışa hazırlanır. Atlar Ağdam Atçılıq Zavodunda və şəxsi klublarda yetişdirilən atlardır.
İlk auksiona qeydiyyat artıq başlayıb. Hərracda iştirak etmək istəyən şəxslər şəxsiyyət vəsiqəsinin surətini [email protected] imeyl ünvanına və +99450 234 48 88 vatsap nömrəsinə göndərərək qeydiyyatdan keçə bilərlər.


Son xəbərlər
Son Xəbərlər