“Qarabağ” Avroliqada bu klubla qarşılaşacaq

“Qarabağ” Avroliqada bu klubla qarşılaşacaq
Oxunma sayı: 4588

Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizəni dayandırdığı üçün Avropa Liqasında çıxış edəcək "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.

"Qafqazinfo" xəbər verir ki, bu, Şimali İrlandiyanın "Linfild" klubudur. Komanda Avroliqanın III təsnifat mərhələsində "Sutyeska"nı (Monteneqro) mübarizədən (2:1, 3:2) kənarlaşdıraraq Ağdam təmsilçisinə rəqib olub.

Qeyd edək ki, pley-off-un oyunları avqustun 22-də və 29-da keçiriləcək. "Qarabağ"ın ilk matçı səfərdə olacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi