“Qarabağ” Avroliqada ilk xalını qazandı

“Qarabağ” Avroliqada ilk xalını qazandı
Oxunma sayı: 4412

Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

“Qafqazinfo” xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi qrupdakı sonuncu ev matçında İsrail təmsilçisi “Makkabi” (Təl-Əviv) ilə üz-üzə gəlib.

Əvvəlki ev oyunlarında olduğu kimi, “Qarabağ” bu rəqibini də məlum səbəblərdən İstanbulda qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Bununla da təmsilçimiz qrupda ilk xalını qazanıb.

Qeyd edək ki, qrupun eyni vaxtda başlayan digər görüşündə “Vilyarreal” səfərdə “Sivasspor”a 1:0 hesabı ilə qalib gəlib.

Avropa Liqası

İ qrupu

3 dekabr

21:55. “Qarabağ” - “Makkabi” - 1:1 (İkinci hissə)

Qol: X. Romeo, 37 - Cohen, 22 (pen)

Baş hakim: Robert Hennessi (İrlandiya).

İstanbul (Türkiyə). “Başakşəhər Fatih Terim” stadionu.

Vilyarreal – 13, Makkabi – 8, Sivasspor – 6, Qarabağ – 1.

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 81. Kevin Medina, 77. Donald Gerye, 8. Uroş Matiç, 2. Qara Qarayev (k), 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 44. Elvin Cəfərquliyev, 7. Ovusu Kvabena, 9. Xayme Romero, 18. İsmayıl İbrahimli
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayxan Arazlı, 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev 
Məşqçi: Elçin Rəhmanov

“Makkabi”: 19. Daniel Tennenbaum, 30. Maor Kandil, 18. Eytan Tibi, 21. Şeran Yeini (k), 27. Ofir Davidzada, 23. Eyal Qolasa, 42. Dor Perets, 24. Yonatan Kohen, 44. Luis Ernandes, 17. Dan Biton, 9. Nik Blekmen
Ehtiyat oyunçular: 1. Daniel Perets, 3. Matan Baltaksa 11. Tal Ben Haim, 22. Avi Rikan, 25. Amit Qlazer, 29. Eylon Almoq, 39. Eduardo Gerrero, 47. Eden Karzev, 10. Etey Şexter, 6. Dan Qlazer, 31. Şahar Piven, 72. Aleksandar Peşiç
Baş məşqçi: Giorgios Donis