“Qarabağ” Avstriyaya yollandı

qarabag-avstriyaya-yollandi
Oxunma sayı: 2227

“Qarabağ” klubu yeni mövsümə hazırlıqların ikinci mərhələsi üçün Avstriyaya yola düşüb.

 “Qafqazinfo” xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Qarabağ” Avstriyada iyulun 7-də Bolqarıstanın ÇSKA (Sofiya), 11-də Rusiyanın “Arsenal” (Tula), 15-də isə Almaniyanın “Auqsburq” komandası ilə yoxlama oyunu keçirəcək.

Qeyd edək ki, “atlılar” Bakıdakı hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Keşlə”ni 7:0, “Sumqayıt”ı isə 3:1 hesabıyla məğlub edib.