Növbəti mövsümün hazırlığını davam etdirən "Qarabağ" dünən toplanışın ilkin mərhələsini başa vurub.
“Qafqazinfo” xəbər verir ki, “Bakı”yla yoxlama matçından sonra baş məşqçi Qurban Qurbanov futbolçulara 1 günlük istirahət verib.
Komanda bu gün hazırlığın ikinci mərhələsi üçün Avstriyaya yollanacaq.
Xatırladaq ki, "Qarabağ" mübarizəyə iyulun 11-12-də start götürəcək Çempionlar Liqasının II təsnifat mərhələsində başlayacaq.
Son xəbərlər
Son Xəbərlər