Xəbər verdiyimiz kimi, ötən tur ölkə çempionuğunu rəsmiləşdirən “Qarabağ” dünən həm də Azərbaycan kubokunun finalına yüksəlib.
“Qafqazinfo” stadium.az-a istinadən xəbər verir ki, ötən gün yarımfinal mərhələsinin cavab oyununda “İnter”ə 1:0 hesabıyla qalib gələn (ilk oyun 4:0) “Qarabağ”ın futbolçuları oyun başa çatandan sonra azarkeşlərinə hörmətsizlik ediblər.
Qarşılaşmanın final fiti səslənən kimi azarkeşlər futbolçuları tribuna önünə səsləyiblər. Ancaq futbolçular azarkeşlərə qarşı biganə yanaşaraq dərhal soyunub - geyinmə otağına yollanıblar. Azarkeşlər futbolçular avtobusa mindikdən sonra avtobusunu dövrəyə alaraq nəqliyyat vasitəsinin hərəkət etməsinə mane olublar. Xeyli sayda bu şüarı səsləndiriblər: “Kuboku almısız siz, bizə görə, heç sağol demirsiz, bəs nəyə görə?!”.
Yalnız bundan sonra komandadan Reynaldonun təkidi ilə sürücü avtobusun qapısını açıb, braziliyalının istəyi ilə futbolçular aşağı enərək azarkeşlərlə görüşüb və üzürxahlıq ediblər. Azarkeşlərin könlünü alan “Qarabağ”ın futbolçuları bundan sonra yola davam edə biliblər.
Son xəbərlər
Son Xəbərlər