“Qarabağ” azarkeşləri stadiona mühafizə xidmətinin müşayiəti ilə gedəcəklər

qarabag-azarkesleri-stadiona-muhafize-xidmetinin-musayieti-ile-gedecekler
Oxunma sayı: 2013

“Qarabağ” futbol klubu azarkeşləri Yunanıstanda “Olimpiakos”a qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu üçün "Georgios Karaiskakis" stadionuna xüsusi avtobuslarla, mühafizə xidmətinin müşayiəti ilə gedəcəklər.

“Qafqazinfo” xəbər verir ki, bu, səfər komandasının fanatları ilə bağlı yerli qaydalar, eləcə də təhlükəsizliklə əlaqədardır.

Tərəfdarların matçdan əvvəl görüş nöqtəsi şəhər mərkəzində yerləşən "Marble" stadionunun qarşısı olacaq. Onlar klub tərəfindən ayrılmış xüsusi avtobuslarla matçın oynanılacağı arenaya yollanacaq.