“Qafqazinfo” xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Qarabağ” ilk oyunda 0:1 hesabı ilə uduzduğu Şotlandiyanın “Seltik” klubunu bu dəfə doğma arenada qonaq edəcək.
İlk matçda adlı-sanlı rəqibinə minimal hesabla uduzan Qurban Qurbanovun komandası Tofiq Bəhramov adına Respublika stadionunda mərhələni keçmək üçün meydana çıxacaq. Əgər Ağdam təmsilçisi bu mərhələni adlasa, bu Azərbaycan futbolu tarixində ilk olacaq. İlk dəfə ölkəmizi təmsil edən komanda qitənin bir nömrəli klub turnirinin “play-off” mərhələsinə vəsiqə qazanacaq.
“Qarabağ” bu mərhələdə uduzsa belə, avrokuboklardakı çıxışını davam etdirəcək. Belə ki, qaydalara görə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində uduzan komanda Avropa Liqasının “play-off” mərhələsində oynamaq hüququ qazanır.
Çempionlar Liqası 3-cü təsnifat mərhələsi
Cavab oyunu, 5 avqust
21:30. "Qarabağ" (Azərbaycan) - "Seltik" (Şotlandiya)
Baş hakim: Martin Strömberqsson
Yan xətt hakimləri: Daniel Qustavsson, Stefan Hallberq
Dördüncü hakim: Yohan Hamlin (hamısı İsveç)
Hakim-inspektor: Alen Hamer (Lüksemburq)
UEFA nümayəndəsi: Peter Lundström (Finlandiya)
Bakı. Tofiq Bəhramov adına respublika stadionu
İlk oyun – 0:1
Son xəbərlər
Son Xəbərlər