“Qarabağ” Azərbaycan kubokunun sahibidir - “Qızıl dubl”

qarabag-azerbaycan-kubokunun-sahibidir
Oxunma sayı: 1301

Azərbaycan Kuboku final oyununda "Qarabağ" - "Qəbələ" ilə qarşılaşır.

"Qafqazinfo" xəbər verir ki, "Qəbələ"nin futbolçusu Tellur Mütəllimov oyunun 25-ci dəqiqəsində zədələnib.

Oyun epizodlarının birində Bədavi Hüseynovla toqquşan futbolçu matçı sona qədər davam etdirə bilməyib. Meydandan çıxan Mütəllimovun əvəzində Roman Hüseynov meydana daxil olub.

Matçın birinci hissəsi qolsuz başa çatıb.

***

Mahir Mədətov  52-ci dəqiqədə “Qarabağ”ı 1 qol hesabı ilə önə keçirdi.

***

68-ci dəqiqədə Ürfan Abbasov top öz komandasının qapısına vurur və avtoqol qeydə alınır. 

Qarabağ 2 : 0 Qəbələ

Elsevər Məmmədov

Fotolar Nuran