“Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirildi - Foto

“Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirildi
Oxunma sayı: 815

15 oktyabrda Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi və Xətai rayon təşkilatlarının birgə təşkilatçılığı ilə YAP fəallarının, Binəqədi və Xətai rayonlarının ictimaiyyətinin nümayəndələrinin, Qarabağ qazilərinin, həqiqi hərbi xidmətdə olan zabit və əsgərlərin, gənclərin iştirakı ilə “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdən öncə dövlət başçısı İlham Əliyevin sentyabrın 30-da Rusiyanın Soçi şəhərində dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasındakı çıxışına həsr olunmuş videoçarx nümayiş etdirilib.

YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədr əvəzi Anar Əliyev giriş nitqi ilə çıxış edib. YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin sədri Orxan Bayramov çıxışında vurğulayıb ki, Ermənistan və onun havadarları münaqişənin sülh yolu ilə həllinə daim manelər törədir. Qarabağ qazisi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədri Azad Musayev isə nitqində qeyd edib ki, İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dəyişməz mövqeyini əks etdirən məlum çıxışı Paşinyanın uydurma bəyanatına qaçılmaz cavab idi.  

Tədbirdə eyni zamanda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə tədbir iştirakçıları adından müraciət səsləndirilib.

Tədbir bədii hissə ilə davam etdirilib. Sonda kollektiv xatirə şəkilləri çəkdirilib.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi