“Qarabağ” “Bakı” ilə oyuna hazırlaşır

qarabag-baki-ile-oyuna-hazirlasir
Oxunma sayı: 653

“Qafqazinfo”nun verdiyi xəbərə görə, 2 gün əvvəl ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda paytaxtın eyniadlı təmsilçisinin qonağı olan komanda bazar günü Unibank Premyer liqasında yenidən “zolaqlılar”la üzləşəcək.

Ağdam klubu matçın hazırlıqlarına dərhal start verib. Dünən baş tutan çalışmada son oyunda qələbə qazanan heyətdə 90 dəqiqə oynayanlar yüngül çalışma ilə kifayətlənib.

“Qarabağ” artıq sabah Quzanlıya yollanacaq. Aprelin 22-də baş tutacaq XXIX turdan sonra komanda geri qayıtmayacaq. Belə ki, Ayın 25-i eyni meydanda eyni rəqiblə yarımfinalın cavab görüşü baş tutacaq.


Ceyhun Əhmədov