“Qarabağ” Bakıda hazırlaşır

qarabag-bakida-hazirlasir
Oxunma sayı: 697

“Qarabağ" Avstriyada təlim-məşq toplanışını başa vururaq Bakıya qayıdıb. “Qafqazinfo” xəbər verir ki, dünən səhər saatlarında Avstriyanı tərk edən və Zalsburq-İstanbul-Bakı reysi ilə hərəkət edən komanda axşam saatlarında Vətənə çatıb.

Futbolçular bu gündən etibarən klubunun bazasında Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacağı Gürcüstanın “Samtredia” klubuyla matçın hazırlıqlarına start verəcək.

Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Samtredia” matçı iyulun 11-i saat 21:00-da Respublika stadionunda baş tutacaq.