Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasında (ÇL) növbəti oyununu keçirir.
“Qafqazinfo”nun xəbərinə görə, Ağdam klubu ÇL-in III təsnifat mərhələsinin ilk oyununda Avstriyanın “Zalsburq” klubu ilə üz-üzə gəlir.
Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
***
Oyunun 2-ci dəqiqəsində “Qarabağ” Danilo Diasla hesabı açıb: 1-0.
***
33-cü dəqiqədə hakim kobud qayda pozuntusuna görə “Zalsburq”un 6 nömrəli oyunçusu Şvegleri meydandan qovub.
***
42-ci dəqiqədə isə “Qarabağ”ın oyunçusu Admir Teli əllə oyuna görə qırmızı vərəqə alıb.
***
77-ci dəqiqədə Ağdam təmsilçisinin rəqibi hesab bərabərləşdirib. Qonaq komandadan Kristof fərqlənir: 1-1.
***
86-cı dəqiqədə Reynaldo “Qarabağ”ı hesabda irəli çıxarıb: 2-1.
***
Qoldan iki dəqiqə keçməmiş hakim Reynaldonu da qırmızı vərəqə ilə meydandan qovur.
***
Oyun elə 2-1 hesabı ilə başa çatıb. Beləliklə, “Qarabağ” Azərbaycan klubları arasında Çempionlar Iiqasının III təsnifat mərhələsində qələbə qazanan ilk komanda kimi tarixə düşür.
(Fotolar qol.az saytından götürülüb).