““Qarabağ” barədə fikirləşmirik”

qarabag-barede-fikirlesmirik
Oxunma sayı: 1494

"Bütün futbolçularımı təbrik edirəm. Onlar bu gün matça ciddi yanaşdılar. Qələbə seriyasını davam etdirmək lazım idi. Bunu bacardıq. Bu, turnir cədvəli baxımından da önəmli idi. Oyunçular sona kimi yaxşı oynadılar. Meydana sonradan çıxanlar da yaxşı çıxış etdilər. Səhvlərimizdən biri də o oldu ki, ilk qoldan sonra çox irəli atıldıq. Səhvlər də edə bilərdik. İkinci qolu vurduqdan sonra rəqib daha da açıq oynadı. Bu isə bizim işimizə yaradı".

"Qafqazinfo" xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Premyer Liqanın VIII turunda "Zirə"ni məğlub etdikləri (3:0) oyundan sonra mətbuat konfransında deyib. 

54 yaşlı mütəxəssis bildirib ki, əsas olan rəqibin qapısında təhlükəli epizodlar yaratmaqdır: "İkinci qoldan sonra oyunçuların bəziləri asan qollar vura bilərdi. Ancaq onlar qeyri-adi şeylər axtarırdılar. Hesab böyüyəndən sonra konsentrasiya problemi yarana bilər". 

İtaliyalı məşqçi Rauf Əliyevin oyunu haqqında da danışıb: "O, qol da vura bilərdi. Fərqlənə bilmədi. Onda yalnız qol çatışmır". 

Bordin "Ardıcıl 3 qələbə komandanın yarasını neçə faiz sağalda bilər" sualına belə cavab verib: "Faiz deyə bilmərəm. Sadəcə irəli baxmaq lazımdır. Əvvəl yaralı idik, indi isə ayağa qalxa bilmişik. Donald Gerye və Soni Mustivar yığmada kifayət qədər oynadıqları üçün bu gün meydanda yox idi". 

Mütəxəssis hər tur öz oyunlarını düşündüyünü, "Qarabağ" barədə fikirləşmədiklərini sözlərinə əlavə edib.