“Qarabağ” fransalı futbolçu Yassin Benzia ilə maraqlandıqlarını və danışıqlar apardığını təsdiqləyib.
Bu barədə “Qafqazinfo”ya Ağdam təmsilçisinin meneceri Asif Əsgərov məlumat verib.
O bildirib ki, hazıra proses davam edir.
Əldə etdiyimiz məlumata görə, “Qarabağ” Yassine Benzia ilə bütün məsələlərdə razılığa gəlib. Sadəcə hazırda onun məxsus olduğu “Dijon” klubu ilə olan danışıqların yekunlaşdırılması üzərində iş gedir.
Son xəbərlər
Son Xəbərlər