"Qafqazinfo" xәbәr verir ki, mәrasimdә klubun prezidenti Abdulbari Gözәl, vitse-prezident Tahir Gözәl vә baş mәşqçi Qurban Qurbanov iştirak edib.
Öncә komandanın çalışdırıcısı Qurban Qurbanov komandanın uğurları haqqında danışıb: "Biz bu il uğurlu mövsüm keçirdik. Hәm çempion olduq, hәm dә kuboku qazandıq. Rәhbәrliyi, azarkeşlәri, hәr kәsi tәbrik edirәm. Fikrimcә, buna layiq idik".
Daha sonra vitse-prezident Tahir Gözәl çıxış edib: "Biz әla mövsüm keçirdik. "Qarabağ" uğurlara layiqdir . Klubun prezidenti Abdulbari Gözәl bizә hәr zaman dәstәk verdi. "Qarabağ" bir alver mәkanı deyil. Bu komanda bizim, rәhbәrliyin zәhmәtinin nәticәsidir. Bu işdә әziyyәti olan hәr kәsә tәşәkkür edirәm. "Qarabağ"ın әn böyük dәstәkçisi "Azәrsun Holdinq"dir. "Qarabağ"a baxanda "Azәrsun Holdinq"i, "Azәrsun Holdinq"ә baxanda "Qarabağ"ı görürük. Bu holdinq devalvasiyaya baxmayaraq öz möhkәmliyini qorudu. Heç bir şeydә qiymәt artımı olmadı. Biz komandamıza da dәstәyimizi heç nәyә baxmayaraq davam etdirdik".
Son xəbərlər
Son Xəbərlər