“Qarabağ” bir gündə 2 oyun keçirəcək

qarabag-bir-gunde-2-oyun-kecirecek
Oxunma sayı: 877

Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ” bu gün sonuncu yoxlama oyunlarına çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv əvvəlcə Çexiyanın “Bohemians” komandası ilə qarşılaşacaq. Bu matç saat 12:00-da başlayacaq.

“Qarabağ” günün ikinci yarısında daha bir sınaq matçına çıxacaq. Komanda Polşa “Visla”sı (Krakov) ilə üz-üzə gələcək.
 
“Qarabağ” Antalyada bundan əvvəl üç yoxlama oyunu keçirib. “Qarabağ” Rumıniyanın “Qaz Metan” komandası ilə heç-heçə (0:0) edib, Serbiya “Baçka Topola”sı (0:1) və Polşa “Şlyonsk”una (2:3) isə uduzub.
 
Yoxlama oyunu
25 yanvar

12:00. Qarabağ – Bohemians
 
18:00. Qarabağ – Visla