““Qarabağ” bizdən qat-qat yaxşı komandadı” - Topmöller

qarabag-bizden-qat-qat-yaxsi-komandadi-
Oxunma sayı: 1555

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ” doğma azarkeşləri önündə Lüksemburqun “Düdelanj” komandasını 2-0 hesabıyla məğlub edib.

Qafqazinfo”nun məlumatına görə, oyundan sonra hər iki komandanın baş məşqçisinin iştirakı ilə mətbuat konfransı baş tutub. “Düdelanj”ın baş məşqçisi Dino Topmöller qarşılaşmanı belə şərh edib:

“Gözlədiyimiz kimi çətin oldu. “Qarabağ” ilk 15 dəqiqədə yaxşı oynadı və bizi təzyiq altında saxladı. “Qarabağ” həqiqətən yaxşı komandadı. Həvəskar komanda olaraq peşəkarlara qarşı yaxşı mübarizə apardıq”.

-Ötən gün bildirmişdiniz ki, Lüksemburq çempionu olaraq özümüzü sübut etməyə çalışacağıq. Gücünüz bu qədər idi?

-Futbolda pul hər şeyi həll eləmir. “Qarabağ” bizdən qat-qat yaxşı komandadı. Fikrimcə, biz yaxşı oynadıq. Başımızı dik tuta bilərik. Komandamdan razıyam. Cavab oyununda çətin də olsa, yaxşı mübarizə aparmağa çalışacağıq.

-2-0 hesabı özünüz üçün normal nəticə hesab edirsinizmi?

-Futbolda istənilən nəticə qeydə alına bilər. Biz cavab matçında yaxşı çıxış etməyə çalışacağıq. Mərhələni keçə bilməsək, “Qarabağ”a uğurlar arzulayacağıq və yolumuza davam edəcəyik.

-Qollardan sonra “Qarabağ” irəli atılmadı. Bu, sizi təəccübləndirmədi?

-Hesab “Qarabağ”ı qane etdiyi üçün risk etmədilər. Rəqib qol vurmağa çalışsa da, bunun üçün var gücüylə çalışmadı.

Elsevər