Qarabağ bloku avtoqəzalardan narahatdır

qarabag-bloku-avtoqezalardan-narahatdir
Oxunma sayı: 720


“Qafqazinfo”nun məlumatına görə, blok üzvləri ilk növbədə ötən il ərzində neftin qiymətinin ucuzlaşması, qiymətlərin bahalaşması fonunda ölkədə yaranan sosial-iqtisai gərginliklərdən narahat olduğunu bildirib və bu gərginliklərin 2015-ci ildə də davam etməsini göz önünə gətirərək xalqımızı iqtisadi çətinliklərə hazır olmağa, hakimiyyəti isə yanlış sosial-iqtisadi siyasətin gətirdiyi bəlalardan nəticə çıxarmağa və əhalinin sosial-iqtisadi vəziyyətinin stabilləşdirilməsi istiqamətində təcili tədbirlər görməyə çağırıb. Blok üzvləri ayrı-ayrı Avropa yetkililərinin Azərbaycan iqtidarının insan haqları, demokratiya barədə üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməməsini əsas gətirərək ölkəmizə sanksiyalar tətbiq edilməsi, Avropa liderlərinin keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakdan imtina etməsi barədə verdiyi bəyanatlardan ciddi narahat olduğunu qeyd edib və hakimiyyəti Olimpiya Oyunlarının Azərbaycanın dünyada tanınmasında bir vəsilə olması səbəbindən bu məsələyə xüsusi diqqət etməsinin vacibliyini diqqətə çatdırıb və ölkəmizi beynəlxalq sanksiyalarla üz-üzə qoyan hərəkətlərdən çəkinməyə, demokratiya və insan haqları sahəsində ciddi islahatlar aparmağa çağırıb. 

Qarabağ bloku son vaxtlar avtoqəzaların sayının durmadan artması, qəzalar nəticəsində çoxsaylı insanın həlak olması faktından bir daha narahatlığını ifadə edib və avtoqəzaların baş vermə səbəbinin sürücülərin əksəriyyətinin qeyri-peşəkar olması, gənclərin narkotika və spirtli içkilərə daha çox meyllənməsi, istismara yararsız maşınların standartlara uyğun yol və surətə cavab verməməsi, böyük tutumlu maşınların yol hərəkət qaydalarını bilməməsi ilə bağlı olduğunu diqqətə çatdırıb və müvafiq orqanları avtoqəzaların qarşısının alınması üçün ciddi tədbirlər görməyə çağırıb.