Qarabağ Bloku MDB-nin tərkibindən çıxmağı təklif etdi

qarabag-bloku-mdb-nin-terkibinden-cixmagi-teklif-etdi
Oxunma sayı: 882


“Qafqazinfo” xəbər verir ki, toplantıda Ölkədəki ictimai-siyasi vəziyyət, ABŞ Dövlət Departamentinin İnsan Haqları ilə bağlı hesabatı, Ukraynanın ərazi bütövlüyünə Rusiyanın müdaxiləsi, AXCP-nin müvəqqəti qərargahında baş verən partlayış, Bakının “Sovetski” adlanan məhəlləsində sakinlərin köçürülməsi ilə bağlı yaranan gərginlik, “Qanun” Nəşrlər Evininə qarşı aparılan vergi yoxlamaları, nəşriyyatın cərmələnməsi və əməkdaşlarının istintaqa cəlb olunması məsələləri müzakirə edilib.

Tədbir iştirakçıları ABŞ Dövlət Departamenti dünyada insan haqlarının durumuna dair “2013-cü il Ölkələr üzrə İnsan Haqları Hesabatı”nda Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı hissəsinin tamamilə obyektiv olduğunu və real vəziyyəti əks etdirdiyini qeyd ediblər. Bildirilib ki, vətəndaşların hökuməti dinc yolla dəyişmək hüququna məhdudiyyətlər qoyulduğu, prezident və parlament seçkilərinin demokratik seçki standartlarına uyğun gəlmədiyi, mülkiyyət hüquqlarının pozulması, QHT-lərə olan basqılar, jurnalistlərin, hüquq-müdafiəçilərinin və demokratik fəalların qorxudulması, həbs edilməsi, həddindən artıq yersiz güc tətbiq edilməsi ilə bağlı fikirlər tam əsaslıdır. Bu kimi halların ölkəmizdə adi hala çevrildiyi heç kəsə sirr deyil.

Hesabatla bağlı əlavə olaraq qeyd edilib ki, sənəddə ilk dəfədir ki, Ermənistanın dəstəyi ilə separatçıların Dağlıq Qarabağın böyük hissəsinə və Azərbaycanın digər yeddi rayonuna nəzarət etdikləri qeyd olunub. Bu indiki geosiyasi durumda olduqca əhəmiyyətlidir.

Blok üzvləri Azərbaycan hakimiyyətini hesabatda qeyd olunan problemlərin həlli istiqamətində fəaliyyətə başlamağa, ölkənin imicinə zərbə vuran bu problemləri aradan qaldırmağa, Azərbaycanın insan haqları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıblar.

“Sovetski”də sakinlərin köçürülməsi məsələsinə münasibət bildirən Blok üzvləri qeyd ediblər ki, onlara verilən kompensasiyanın miqdarı azdır. Bugünkü şərtlər daxilində, bəlkə, 1500 manatı normal hesab etmək olar. Amma nəzərə almalıyıq ki, “Sovetskidə” tikilən mənzillərin kvadratı olduqca azdır. İnsanlar sovet dövründə orada özlərinə kiçicik şərait yaradıblar. Kvardratı az olan evələrə verilən pulla Bakının heç bir yerində bir otaqlı mənzil də almaq mümkün deyil. Hökumət elə siyasət yeritməlidir ki, insanlar yaşamaq hüquqi ilə təmin olunsunlar. Bu səbəbdən Blok təklif edir ki, puldan imtina edən və evlərinin sahəsi 40 kvadrata qədər olan sakinlərə iki dəfə artıq sahəsi olan mənzillər təklif edilsin, 40 kvadratdan çox olan sakinlərin isə pulları ödənilsin.

AXCP-nin müvəqqəti qərargahının partlaması ilə bağlı tədbir iştirakçıları bildiriblər ki, mətbuat orqanlarında hadisə ilə bağlı müxtəlif fikirlər yayılmaqdadır.