Qarabağ bloku ölkə gündəmini müzakirə etdi

qarabag-bloku-olke-gundemini-muzakire-etdi
Oxunma sayı: 729


Sonda Qarabağ  Blok 28 may- Respublika Günü münasibətilə xalqımızı təbrik edib. Təbrikdə deyilir:

M.Ə. Rəsulzadənin başçılığı ilə Azərbaycan Demokratik Cümhuriyyətinin elan olunmasından 97 il keçir. Bu münasibətlə Qarabağ Bloku Azərbaycan xalqını, Azərbaycandan kənarda yaşayan bütün soydaşlarımızı təbrik edir. Ölkəmizin müstəqilliyinin, suverenliyinin  əbədi olmasını, torpaqlarımızın işğaldan azad edilməsini, xalqımızın firavan, azad, demokratik, bütün hüquqların qorunduğu bir cəmiyyətdə yaşamasını arzulayır. 

1918-ci il 28 mayda müsəlman dünyasında ilk dünyəvi demokratik Respublikanın qurulması  xalqımızın  milli nailiyyətidir və əsrin əvvəllərində müstəqil dövlətçiliyimizin məhz respublika əsasında yaradılması xalqımızın demokratik ruha malik olması ilə bilavasitə bağlıdır. Azərbaycan Demokratik Cümhuriyyəti dünya respublikaçılıq təcrübəsindən və şimallı, cənublu Azərbaycan xalqının azadlıq ideyalarından bəhrələnmişdir. İki il ərzində mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin bəzi dövlətlərin yüz ildə həyata keçirə bilmədiyi islahatları həyata keçirməsi birinci Respublikanın banilərinin siyasi uzaqgörənliyindən, idarəçilik səriştəsindən, xalqa və dövlətə bağlılığından, sədaqətindən xəbər verir. Yeni dövrdə müstəqillik əldə etmiş Şimali Azərbaycanda Respublika elan olunması da Azərbaycan Xalq Cümhuriyyətinin mirasına əsaslanmışdır. Cümhuriyyətçilik  ideyaları, müstəqillik və Azərbaycan Respublikasının bütövlüyü uğurundakı mübarizədə minlərlə insan canından keçərək şəhid olub. Bu gün Azərbaycanda yaşayan ən müxtəlif etnik qrupların nümayəndələri, Respublikamızın vətəndaşları çiyin-çiyinə müstəqilliyin daha da möhkəmlənməsi və demokratik idarəçiliyin qurulması uğrunda çalışmaqdadırlar.

Təəssüf ki, müstəqillik uğurunda mübarizə bizə itkisiz başa gəlməyib. Bu yolda şəhidlər vermiş, torpaqlarımızın 20%-dən çoxunu- Qarabağımızı itirmişik. İnsan haqları, demokratik azadlıqlar sahəsində ciddi problemlərimiz var. Regionda geosiyasi vəziyyət və düzgün olmayan idarəçilik sistemi əsrin əvvəlində olduğu kimi müstəqilliyimiz üçün yeni təhdidlər ümummilli problem olaraq qalmaqdadır.  

Qarabağ Bloku hesab edir ki, qarşıda duran bütün milli problemlərin həlli üçün respublikaçılıq, qanunların və hüququn aliliyi prinsipləri daim yüksəkdə tutulmalı, bu prinsiplər əsasında şərqdə ilk respublika qurmuş tarixi şəxsiyyətlərimiz təbliğ edilməli, insanımızda yüksək vətəndaşlıq şüuru formalaşdırılmalıdır.

 Azərbaycan dövlətində yaşayan bütün insanları həqiqi vətəndaş olmağa, respublikaçılığı qorumağa, babalarımızın bizə miras qoyduğu dövləti yaşatmağa və azad, demokratik, hüquqi Azərbaycan Respublikası uğrunda fəal mübarizəyə qoşulmağa  çağırır.