Ümid Partiyasının mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Qarabağ Bloku ATƏT sədrinin ölkəmizə səfəri ilə bağlı məsələyə münasibət bildirib və yeni sədrin əvvəlki illərdən fərqli olaraq istər Qarabağ probleminin tənzimlənməsi, istərsə də regionda sülhün və təhlükəsizliyin qorunması istiqamətində obyektiv və ədalətli mövqe nümayiş etdirəcəyinə ümidvar olduğunu ifadə edib. Blok üzvləri Rusiya Müdafiə nazirliyi rəsmisinin Rusiya ali baş komandanı V.Putinin əmri verildiyi halda Rusiya qoşunlarının istənilən ölkə ərazisinə daxil olması ilə bağlı səsləndirdiyi militarist bəyanatı siyasi mesaj kimi dəyərləndirib və bu cür çağırışların arxasında adı çəkilən ölkənin təcavüzkar və imperialist niyyətinin durduğunu, bütün dünya üçün təhlükə mənbəyi olduğunu diqqətə çatdırıb və beynəlxalq ictimaiyyəti müstəqil ölkələrin, o cümlədən Azərbaycan dövlətinin suverenliyinə qarşı yönələn bu bəyanata laqeyd qalmamağa, Rusiyanın təcavüzkar planlarını önləyən addımlar atmağa çağırıb.
Blok üzvləri Birinci Avropa Oyunları ilə bağlı ölkəmizdə görülən hazırlıq işləri aparılmasını, təhlükəsizlik tədbirləri görülməsini, şəhərin abadlaşdırılması, yeni infrastrukturların yaradılması və paytaxtımıza gələn turistlərin yüksək səviyyədə qarşılanması üçün görülən tədbirləri təqdir edib, lakin bu tədbirlərin keçirilməsi adı altında vətəndaşların konstitusiyada müəyyən edilmiş hüquq və azadlıqlarını kütləvi şəkildə məhdudlaşdırılmasının Azərbaycan Konstitusiyasının 72-ci maddəsinin tələblərinə zidd olduğunu diqqətə çatdırıb.
Son xəbərlər
Son Xəbərlər