Qarabağ bloku toplandı

qarabag-bloku-toplandi
Oxunma sayı: 723


Qeyd olunub ki, belə bir prosesin başlaması müsbət hadisədir. Blok uzun müddətdir cəmiyyətə təqdim etdiyi rəy və ritorika var, barış və dialoq mühitinin yaradılması, problemlərin masa arxasında çözülməsi. O şeyi ki, masa arxasında müzakirə  edilə bilər, onu başqa yerdə müzakirə etməyə ehtiyac qalmır. Ola bilsin ki, konkret bir məsələ ilk mərhələlərdə həll olunmasın, amma masa arxasında müzakirə edilirsə, o məsələ mütləq müsbət istiqamətdə həllini tapacaq. Bir sıra dövlət orqanlarında ixtisarların aparılması, paralel nazirlik və komitələrin vahid strukturlarda birləşdirilməsi, dövlət aparatının sadələşdirilməsi ilə bağlı hakimiyyətin keçirdiyi islahatları müsbət dəyərləndirən Blok üzvləri bu ixtisarlara zərurət olduğunu bildiriblər. İslahatların digər  dövlət orqanlarında da aparılmasının və əhalinin aztəminatlı hissəsinin baş verən qlobal böhrandan əziyyət çəkməməsi üçün hökumətin anti-böhran proqramı qəbul etməsinin vacib olduğunu qeyd ediblər. Azərbaycan hökumətini bu istiqamətdə zəruri addımları atmağa çağırıblar.  Blok üzvləri Ukraynanın şərqində Rusiyanın törətdiyi pozucu hərəkətlərin, separatçılara canlı və hərbi yardımlar etməsinin münaqişənin daha da gərginləşməsinə səbəb olduğunu qeyd ediblər. Bildirlib ki, münaqişələrə fərqli münasibət, ikili standartlardan yanaşma separatizm inkişaf etdirir, münaqişə ocaqlarında vəziyyəti daha da gərginləşdirir.