Blokdan “Qafqazinfo”ya daxil olan məlumata görə, toplantıda həftə ərzində ölkədə, regionda və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər, hüquq müdafiəçilərin həbsi və onların səhhətində yaranan problemlər əsas müzakirə mövzusu olub.
Blok üzvləri tanınmış hüquq müdafiəçilərinin həbsini bir daha pisləyiblər. Qeyd olunub ki, həbs olunan hüquq müdafiəçilərindən üçünün-Leyla Yunus, İntiqam Əliyev və Arif Yunusun səhhətində ciddi problemlər yaranıb. Onların barəsində həbs qətimkan tədbirinin seçilməsi yol verilməzdir və əlavə məsuliyyətlər yaradır. Eyni zamanda barəsində həbs qətimkan tədbiri seçilmiş hüquq müdafiəçisi Rəsul Cəfərov da şahid qismində dindirilərkən hər dəfə vaxtı-vaxtında ifadə vermək üçün prokurorluğa getmiş və istintaqdan yayınma halları kimi hərəkətlərə yol verməyib. Bu səbəbdən adı çəkilən hüquq müdafiəçilərinin istintaqı həbs qətimkan tədbiri seçilmədən də aparıla bilər. Tədbir iştirakçıları səhhətlərində ciddi problem olan tanınmış hüquq müdafiəçiləri barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirlməsi üçün Prezidentə müraciət ediblər.
Tədbir iştirakçıları Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin Naxçıvanda keçirilən görüşünün əhəmiyyətindən danışdılar. Bildirildi ki, NATO üzvü olan Türkiyənin fəal iştirakı ilə keçirilin bu görüş ölkəmizin, eləcə də Gürcüstanın Avroatlantik məkana inteqrasiyası baxımından çox əhəmiyyətlidir. Həmçinin qeyd olundu ki, Ermənistanın işğalçılıq niyyətlərindən və qonşu dövlətlərə qarşı əsassız torpaq iddialarından geri çəkildiyi halda, Azərbaycan və Gürcüstanla birgə beynəlxalq layihələrdə iştirak etməsi, və NATO-ya inteqrasiya Cənubi Qafqazda sülhün, təhlükəsizliyin davamlı və əbədi olmasına xidmət edə bilər. Nə qədər ki, gec deyil Ermənistan bu istqamətdə səylərini artırmalıdır.
Roma Papasının 3-cü dünya müharibəsinin başlanması ilə bağlı açıqlamasına münasibət bildirən tədbir iştirakçıları bildiriblər ki, bu cür açıqlamalar yol verilməzdir və bu, baş verən münaqişələri daha da şidlətləndirir. Əksinə, dünyada baş verən bütün konfliktlərin beynəlxalq hüquq normalarına uyğun olaraq, sülh yolu ilə həll olunması üçün bütün din xadimləri nüfuz və səylərini birləşdirməli, bu istiqamətdə ciddi addımlar atmalıdırlar.
Son xəbərlər
Son Xəbərlər