"Qafqazinfo"ya daxil olan məlumata görə, toplantıda ölkədə və regionda baş verən İctimai-siyasi proseslər , xüsusi ilə son dövrlər cəbhədə, ermənilərlə təmas xəttində gərginliyin artması, Yaxın Şərqdə baş verən hadisələr, bu il Azərbaycanda keçirilməsi nəzərdə tutulan Avropa Oyunları və başqa məsələlər müzakirəyə çıxarılıb.
Blok üzvləri son dövrlər işğal olunmuş Azərbaycan ərazisində ermənilərlə təmas xəttində hərbi gərginliyin artması, tez-tez atəşkəsin pozulması və bununla bağlı məntiqə uyğun olmayan açıqlamaların verilməsindən narahat olduqlarını bildirərək baş verənləri pisləyiblər. Tədbir iştirakçıları hər iki tərəfi atəşkəsə əməl etməyə, münaqişəni beynəlxalq hüquq normaları çərçivəsində dövlətlərin ərzi prinsipi əsasında həll etməyə , təxribatlara uymamağa çağırıblar.
Bundan başqa Qarabağ Bloku martın ayının 22-də Azərbaycan tərəfə keçmiş erməni əsgəri Andranik Qriqoryanla bağlı da Azərbaycan hakimiyyətinə müraciət edib. Müraciətdə bildirlir ki, Azərbaycan tərəfə könüllü keçən Ermənistan əsgəri əsir kampından azad olunsun, şəxsiyyət vəsiqəsi ilə təmin olunsun, Azərbaycanda yaşayış sahəsi ayrılsın. Onun və Azərbaycan hökuməti adından Dağlıq Qarabağda yaşayan ermənilərə müraciət olunsun ki, onları əsirlikdə, girovluqda saxlayan erməni ordusundan qurtarmaq üçün dərhal Azərbaycan tərəfinə keçsinlər. Onlar yaşayış sahəsi ilə təmin olunacaq yaşamlarına və sağlamlıqlarına təminat veriləcək. O cümlədən separatçı rejimə dərhal xəbərdarlıq edilsin ki, həbs olunan vətəndaşlar buraxılsın, onlara verilən işgəncələr dayandırlısın. Həmçinin erməninin valideyinlərinə müraciəıt olunsun ki, istənilən üçüncü dövlətdən onları götürməyə hazırıq və yaşayış təhlükəsizliyinə təminat verilir.
Blok üzvləri Yaxın şərqdə baş verən hadisələrdən də narahat olduqlarını qeyd ediblər. Bildirlib ki, baş verən qarşıdurmaların, ideoloji savaşların nəticəsində günahsız insanlar həlak olur. İslam dünyasına böyük zərər dəyir. Bu ölkələrin gələcəyini təhlükə altında qoyur. İslam dinini beynəlxalq aləmdə zorakı din kimi tanıdır. Blok bütün tərəfləri və təriqətləri silahı yerə qoymağa, münaqişəni sülh yolu ilə həll etməyə, İslam adından istifadə etməməyə çağırıb. Qeyd olunub ki, adı çəkilən təriqətlərin islama heç bir aidiyyatı yoxdur və ayrı-ayrı qrupların hakimiyyət davasıdır.
Blok Avropa mətbuatında Bakıda bu ilin iyununda keçiriləcək Avropa Oyunlarını ikinci dərəcəli turnir kimi dəyərləndirilməsi və əsl Avropa Oyunlarının 2018-ci ildə Berlin və Qlaziko şəhərlərində keçirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Hakimiyyəti bu məsələ ilə bağlı ictimaiyyətə dəqiq məlumat verməyə və milyonlarla vəsait hesabına başa gələn Avropa Oyunlarının ətrafında yayılan informasiyalara aydınlıq gətirməyə çağırıb.
Son xəbərlər
Son Xəbərlər