Qarabağ Blokunda Bələdiyyə seçkiləri hazırlığı

qarabag-blokunda-belediyye-seckileri-hazirligi
Oxunma sayı: 779


Blok üzvləri dini qruplaşma və təriqətlər arasındakı savaşla bağlı  qeyd etdilər ki, bu mövzuya  cəmiyyətin müxtəlif təbəqələri arasında fərqli  spektrlərdən baxış var. Qafqaz Müsəlmanlar İdarəsi, siyasi rəhbərlik, Milli Məclis rəhbərliyi məsələnin nə qədər ciddi olduğuna münasibət bildirib və  bu qruplaşmaların hadisələrə təsiri müzakirə olunub. Biz isə hesab edirik ki, Azərbaycanda dini qruplara o qədər də meyllilik yoxdur. Bu sahədə vəziyyət deyilənlər qədər də  acınacaqlı deyil. Siyasi institutların  fəaliyyəti aşağı düşdükcə , dini qrupların radikallığı hakimiyyət  tərəfindən siyasi məqsədlər üçün süni şəkildə  qabardılır. Əslində dini qruplaşmaların rolu 2013-cü ilin əvvəlində Azərbaycanda necə idisə, bu gün də o səviyyədədir.  

Tədbir iştirakçıları bildirib ki, Ermənistan -Azərbaycan cəbhəsində bir aya yaxındır  gərginlik davam edir. Cəbhədə olan vəziyyət, Azərbaycan-Ermənistan münaqişəsi ətrafında gedən danışıqlar barədə siyasi institutlar məlumatlandırılmalıdır. Bu onların haqqıdır. Bizdə isə heç kimin danışıqlardan, verilən təkliflərdən, proseslərin hansı istiqamətə yön almasından və nələrin  baş verməsindən  xəbəri yoxdur. Ermənistan –Azərbaycan münaqişəsinin mövcud vəziyyəti siyasi institutların iştirakı ilə qapalı şəkildə müzakirə  olunmalı, Qarabağ münaqişəsinin həlli istiqamətində bütün siyasi qüvvələr birlik və həmrəylik nümayiş etdirməlidir. 

Tədbir iştirakçıları bələdiyyə seçkiləri ilə bağlı qeyd ediblər ki, bələdiyyələrin statusunun müəyyən edilməsi və seçki mühitinin yaradılması istiqamətində ciddi iş aparılmalıdır. Bu səbəbdən bələdiyyələrin statusunun müəyyən olunması, bələdiyyə seçkilərinə yönəlik seçki məcəlləsinin dəyişdirilməsi  istiqamətində işlərin görülməsi üçün komissiyanın yaradılması zərurətinin olduğu qeyd edilib və 4 nəfərdən ibarət komissiya yaradılıb.