“Qarabağ” “Borussiya” və “Qalatasaray”ı qabaqladı

qarabag-borussiya-ve-qalatasarayi-qabaqladi
Oxunma sayı: 1439

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası dünyanın ən yaxşı klublarının siyahısı açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, 203 klubun yer aldığı siyahıda 3 təmsilçimiz "Qarabağ", "Qəbələ" və "İnter" yer alıb. 

"Qarabağ" 142 xalla 77-ci pillədə qərarlaşıb. Ağdam təmsilçisi "Borussiya" (Münhenqladbax), "Benfika", "Marsel, "İnter" (Milan), "Qalatasaray" və "Beşiktaş" kimi komandaları qabaqlayıb.

"Qəbələ" isə 116 xalla 124-cü pillədə yer alıb. Bu pillədə təmsilçimizə şərik olanlar arasında “Rosario” (Argentina), “Erediano” (Kosta-Rika), “Torino” (İtaliya) və “İlva” (Cənubi Koreya) komandaları var. Əlavə edək ki, "Qəbələ" "Everton", "Vest Hem", "Lion" kimi komandaları qabaqlayıb.

Bakı "İnter"i isə 92 xalla 192-ci pilləyə şərik olan "Volves” (Nigeriya), “Tyun” (İsveçrə) və “Pünik” (Ermənistan) klubları ilə eyni sırada qərarlaşıb.