“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə cavab oyununun təyinatları müəyyənləşib. “Qafqazinfo” xəbər verir ki, UEFA qarşılaşmanı Bolqarıstandan olan briqadaya həvalə edib.
Görüşü Georgi Kabakov idarə edəcək. Ona Martin Marqaritov və Diyan Valkov köməklik edəcək. Nikola Popov dördüncü hakim qismində fəaliyyət göstərəcək. İvaylo Stoyanov VAR-a baxacaq, Draqomir Draqanov isə ona kömək edəcək.
Matçın hakim-inspektoru finlandiyalı Petteri Kari olacaq.
Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Portuqaliyadakı ilk görüşdə Azərbaycan çempionu 4:2 hesablı qələbə qazanıb.