“Qarabağ” braziliyalı yarımmüdafiəçisini göndərdi - Gözlənilməz ayrılıq

qarabag-braziliyali-yarimmudafiecisini-gonderdi
Oxunma sayı: 2129

Türkiyədə təlim-məşq toplanışını davam etdirən son Azərbaycan çempionu “Qarabağ” daha bir futbolçusu Çumbinyo ilə yollarını ayırıb.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb braziliyalı yarımmüdafiəçinin Yunanıstandan yaxşı təklif alması və orada çıxış etmək istəməsidir. 

“Sambaçı” artıq Ağdam klubunun düşərgəsini tərk edib və Azərbaycana gəlib. O, Bakıdan birbaşa Afinaya yollanacaq.