“Qarabağ” bu futbolçu üçün 1 milyon ödədi

“Qarabağ” bu futbolçu üçün 1 milyon ödədi
Oxunma sayı: 2279

Albaniyalı hücumçu Redon Cicanın “Qarabağ”a transferinin detalları bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, “transfermarkt” Ağdam klubunun bu keçid üçün “Tirana”ya ödədiyi məbləği açıqlayıb.

Bildirilib ki, 25 yaşlı forvard Azərbaycan çempionuna 550 min avroya (1 milyon 18 min manat) başa gəlib. “Qarabağ”ın “Tirana”ya məhz bu məbləğdə təzminat ödədiyi vurğulanıb.
 
Qeyd edək ki, Redon Cica “Qarabağ”la 2026-cı ilin yayınadək nəzərdə tutulan müqavilə bağlayıb.