“Qarabağ” bu gün çempionluğunu rəsmiləşdirə bilər

qarabag-bu-gun-cempionlugunu-resmilesdire-biler
Oxunma sayı: 2212

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci tura start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Tura bölgədə keçirilən “Şamaxı” - “Səbail” matçı ilə start veriləcək.

Günün maraqlı qarşılaşması isə Bakıda “Qarabağ”la “Sabah” arasında baş tutacaq. 

Belə ki, bu qarşılaşmada qazanılacaq 1 xal belə Qurban Qurbanovun komandasının vaxtından əvvəl çempionluğunu rəsmiləşdirəcək.

Azərbaycan Premyer Liqası, 25-ci tur

3 may

16:30. “Şamaxı” – “Səbail”
Şamaxı şəhər stadionu

19:00. “Qarabağ” – “Sabah”
“Azersun Arena”

Qeyd edək ki, tura mayın 4-də keçiriləcək “Zirə” - “Qəbələ” və “Sumqayıt” - “Neftçi” oyunları ilə yekun vurulacaq.