“Qarabağ” bu gün iki matça çıxacaq

qarabag-bu-gun-iki-matca-cixacaq
Oxunma sayı: 2474

“Qarabağ” Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün iki yoldaşlıq oyunu keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisi əvvəlcə Almaniyanın “Kayzerslautern” klubu ilə qarşılaşacaq.

Həmin oyun Bakı vaxtı ilə 14:30-da başlayacaq.

Günün ikinci matçında isə Azərbaycan çempionu saat 20:00-da “Viktoriya”(Plzen) ilə üz-üzə gələcək.