“Qarabağ” bu gün Portuqaliyaya gedir

qarabag-bu-gun-portuqaliyaya-gedir
Oxunma sayı: 1026

Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə qarşılaşacaq “Qarabağ” bu gün Portuqaliyaya uçacaq.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan çempionu Bakı vaxtilə 17:00-da çarter reysi ilə Porto şəhərinə yollanacaq. 

Ağdam təmsilçisi Portodan Braqaya isə avtobusla gedəcək. Bu iki şəhər arasında təxminən 50 dəqiqəlik məsafə var. 

Qeyd edək ki, “Braqa” – “Qarabağ” matçına fevralın 15-də 00:00-da start veriləcək.