“Qarabağ” bu hücumçunu transfer edəcək

qarabag-bu-hucumcunu-transfer-edecek
Oxunma sayı: 3946

“Qarabağ” “Trabzonspor”un futbolçusu Fode Koytanı transfer etməyə yaxındır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Bildirilir ki, qvineyalı forvardı Superliqanın başqa bir neçə klubu da heyətinə qatmaq istəyir. Lakin Koyta “Qarabağ”a keçmək istəyir. 
Tərəflər arasında ilkin razılıq əldə olunub. Təkcə Azərbaycan təmsilçisinin “Trabzonspor”la anlaşması qalıb. 

Əgər məsələ həll edilsə, Koyta yayda Ağdam klubuna keçəcək.