“Qarabağ” bu klubları keçdi - Foto

qarabag-bu-klublari-kecdi
Oxunma sayı: 14121

Ağdam təmsilçisi “Qarabağ”ın Avropa klubları sırasında yeri məlum olub.

“Qafqazinfo” xəbər verir ki, son 5 ilin nəticələrinə görə, “Qarabağ” Avropa klubları sırasında 56-cı pillədə qərarlaşıb.

“Qarabağ” bununla da "Betis", "Seltik", "Qalatasaray", "Frayburq", "Dinamo" (Kiyev), "Monako", "Yunion Berlin", "Volfsburq", "Sparta" (Praqa), "Zenit", "Borussiya" (Münhenqladbax), "Aston Villa", "Briayton", "Vulverhempton", "Nyukasl", "Valensiya", "Beşiktaş", "Trabzonspor" kimi klubları qabaqlayıb.

Xatırladaq ki, “Qarabağ” martın 7-si Avropa Liqasının pley-off mərhələsində Almaniyanın “Bayer” klubu ilə heç-heçə (2:2) edib. Komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.