“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın transfer işlərindən danışıb.
“Qafqazinfo” xəbər verir ki, təcrübəli mütəxəssis qapı xəttini gücləndirmək istədiklərini bildirib:
“Qapıçı transfer etmək istəyirik. Hələ ki danışıqlar gedir. Qarşıda bir neçə gün vaxtımız var”.
Baş məşqçi Almaniyanın “Bayer” klubunda çıxış edən rusiyalı qapıçı Andrey Lunyovla danışıq aparıldığını təsdiqləyib: “Hazırda onunla danışıqlar gedir. Ancaq real bir şey yoxdur”.
Qeyd edək ki, 31 yaşlı qapıçısı Rusiya millisində də çıxış edib. O, Almaniya klubuna 2021-ci ildə “Zenit”dən transfer olunub.