“Qarabağ” bu qapıçını transfer etmək istəyir

qarabag-bu-qapicini-transfer-etmek-isteyir
Oxunma sayı: 2610

"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirə bilər.

"Qafqazinfo" xəbər verir ki, Ağdam təmsilçisi Türkiyənin 1-ci liqasında çıxış edən "Menemenspor"un qapıçısı Gentian Selmani üçün təklif göndərib.

Bu barədə Türkiyə təmsilçisinin baş məşqçisi Cenk Laleci  "Radyospor"a açıqlama verib. O, "Qarabağ"ın 22 yaşlı qolkiper üçün rəsmi təklif göndərdiyini bildirib.

Qeyd edək ki, "Menemenspor"la müqaviləsi 2021-ci ilin yayında başa çatacaq albaniyalı qapıçı bu mövsüm 28 matçda meydana çıxıb.