Bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ” (Azərbaycan) - “Ferentsvaroş” (Macarıstan) komandaları qarşılaşacaq.
“Qafqazinfo” xəbər verir ki, Budapeştdə səfərdə olan Azərbaycan klubu artıq məşqlərə başlayıb.
Qeyd edək ki, avqustun 3-də Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ” - “Ferentsvaroş” komandaları arasında ilk oyun keçirilib. Görüş 1:1 hesabı ilə başa çatıb. Komandalar arasında bu gün keçiriləcək cavab qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.