“Qarabağ” çempion oldu - Fotolar + Video +Yenilənib

qarabag-cempion-oldu
Oxunma sayı: 1493

Bu gün Azərbaycan Premyer Liqasında 26-cı tura yekun vurulacaq.
 
“Qafqazinfo” xəbər verir ki, bürünc medalları təmin etmiş “İnter” öz meydanında çempionatın lideri olan “Qarabağ”ı qəbul edəcək. “İnter Arena”da baş tutacaq matçın start fiti saat 18:30-da səslənəcək.

“İnter”“Qarabağ”

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, İsgəndər Əliyev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim inspektor: Kərim Ağayev
“İnter Arena”

Qeyd edək ki, “Qarabağ” bu matçda qalib gәlәrsә, ikinci yerdәki “Qәbәlә” ilә xal fәrqi 7-yә yüksәlәcәk. Bununla da Ağdam klubu sona 2 tur qalmış çempionluğunu rәsmilәşdirәcәk

***

“Qarabağ” hesabı açdı. Mahir Mədətov 4-cü dəqiqədə fərqlənir.

***

“Qarabağ” ikinci qolu vurdu. Dino Ndlovu 58-ci dəqiqədə fərqlənir. 

***

“Qarabağ” 3:0 hesabı ilə irəlidədir. Dino Ndlovu 80-ci dəqiqədə qol vurur.

***

Oyun bitdi.

Fotolar&Video: Kamil Əmirli