“Qarabağ” Çempionlar Liqası üçün 21 futbolçu sifariş etdi

qarabag-cempionlar-liqasi-ucun-21-futbolcu-sifaris-etdi
Oxunma sayı: 1614

Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı Sloveniyanın “Olimpiya” klubu ilə matçlar üçün sifariş vərəqəsini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, baş məşqçi Qurban Qurbanov bu oyunlarda 21 futbolçunun xidmətindən yararlana bilər.

Onlardan 4-ü qapıçı, 7-si müdafiəçi, 9-u yarımmüdafiəçi, biri isə hücumçudu.

Qeyd edək ki, Ağdam klubu “Olimpiya” ilə ilk oyunun başlamasına 24 saat qalmışa qədər sifariş vərəqəsinə daha bir futbolçu əlavə edə bilər.