Azərbaycan Premyer Liqasında 24-cü turun oyunları keçirilir. “Qafqazinfo” xəbər verir ki, bu gün daha iki görüş baş tutacaq.
Əvvəlcə “Qəbələ” “Turan Tovuz”u sınağa çəkəcək.
Günün digər oyunu “Səbail”lə “Qarabağ” arasında baş tutacaq. Ağdam təmsilçisi bu oyunda qalib gəlsə, çempionluğunu rəsmiləşdirəcək.
Xatırladaq ki, turun “Zirə” ilə “Kəpəz” arasında baş tutan ilk matçında qalib müəyyənləşməyib – 1:1. “Neftçi” – “Şamaxı” matçı sabah, “Sumqayıt” – “Sabah” oyunu isə mayın 17-də keçiriləcək.
Azərbaycan Premyer Liqası
24-cü tur
13 may
“Qəbələ” – “Turan Tovuz”
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə.
Qəbələ şəhər stadionu, 18:00.
“Səbail” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
“ASCO Arena”, 20:30.
Son xəbərlər
Son Xəbərlər