“Qarabağ” Çexiya klubuna qarşı

qarabag-cexiya-klubuna-qarsi
Oxunma sayı: 1011


 “Qafqazinfo” “Apasport.az” saytına istinadən məlumat verir ki, Qurban Qurbanovun yetirmələri Çexiyanın gümüş mükafatçısı “Viktoriya” ilə gücünü sınayacaq.

1911-ci ildə yaradılmış Plzen klubu 2010/11 və 2012/13 mövsümlərində Çexiya çempionu olub. 1 dəfə Çexiya kuboku və Superkubokunu da qazanan “Viktoriya” ötən mövsüm ölkəsini Çempionlar Liqasının qrup mərhələsində təmsil edib. Komandanı ötən ildən 46 yaşlı Duşan Uhrin çalışdırır.

Qeyd edək ki, “Qarabağ” artıq Avstriyada 3 yoxlama oyunu keçirib. Ağdam təmsilçisi Ukraynanın “Şaxtyor” (0:2), Rusiyanın “Krasnodar” (0:1) və Almaniyanın “Vakker” (2:0) klubları ilə gücünü sınayıb.

"Qarabağ"- "Viktoriya" matçısaat 22:00-da başlayacaq.